İşin təsviri
- Qablaşdırılmış məhsulların təhlükəsiz düzgün yığılmasını və saxlanmasını məlumatı vermək;
- İşə başlamazdan əvvəl avadanlığın texniki vəziyyətini yoxlamaq və sazlığını təmin etmək;
- Avadanlığın düzgün işə salınması və söndürülməsi qaydalarına riayət etmək;
- Avadanlıgın günlük,həftəlik,aylıq və illik baxım və təmir prosesını riayət etmək;
- Avadanlıqda paketləmə streç vallarının doldurulmasını tam olaraq sistemdən söndürülmüş vəziyyətdə təmin etmək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək;
- Fərdi mühafizə vasitələrindən (maskadan, əlcəklərdən, qoruyucu eynəkdən, qulaqcıqdan, çəkmə və xüsusi geyimdən) istifadə etmək;
- Kimyəvi maddələrlə və tozlu mühitdə işləyərkən xüsusi təhlükəsizlik tədbirlərinə əməl etmək;
- Avadanlıqların təhlükəsizlik örtüklərini çıxarmamaq və müdaxilə etməmək;
- İş sahəsini təmiz və nizamlı saxlamaq, tullantıları düzgün çeşidləmək;
- Təhlükəli vəziyyətləri və qəzaları dərhal rəhbərliyə bildirmək;
- SƏTƏM (səhiyyə, əməyin təhlükəsizliyi və ətraf mühit) üzrə təlimlərdə iştirak etmək və bilikləri praktikada tətbiq etmək.
Tələblər
- Təhsil: Orta ixtisas və ya tam orta təhsil (texniki sahə üzrə olması üstünlükdür);
- Təcrübə: Orkel və ya oxşar avtomatlaşdırılmış yükləyici və qablaşdırma avadanlıqlarında iş təcrübəsi arzuolunandır;
- Texnoloji proseslər, avadanlıqların iş prinsipləri və texniki təhlükəsizlik qaydaları haqqında biliklər;
- Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və SƏTƏM qaydalarına dair biliklərə malik olmaq;
- Fərdi mühafizə vasitələrindən düzgün istifadə etmək bacarığı;
- Fiziki dözümlülük və tozlu mühitdə işləmək qabiliyyəti;
- Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
- Komandada işləmə və rəhbərliyin göstərişlərini vaxtında icra etmə bacarığı.