Məzmuna keçin
Bu elanın müddəti bitib. Səhifə arxivdə qalır. Aşağıda oxşar aktiv elanlar var.Oxşar elanlar
Azersun yerləşdirilib

Qeydiyyatçı (Resepşionist)

Şəhər
Bakı
İş növü
Tam iş günü

Oxşar aktiv elanlar

Bütün Resepşn vakansiyaları →

Vakansiya haqqında

Front desk – Your stage! English & Russian speaking Receptionist wanted!

Azersun Holding şirkətlər qrupuna daxil olan Dreamland Golf Hotel-də “Qeydiyyatçı (Resepşionist)” vakansiyası çərçivəsində yeni əməkdaş axtarışındayıq. Ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

Tələblər:

  • Tam orta və ya ali təhsilli olmalı;
  • Komandada işləmək bacarığı olmalı;
  • İngilis və Rus dili biliyi yüksək səviyyədə olmalı;
  • Müştəri xidmətləri sahəsi üzrə iş təcrübəsi olmalı;
  • Müştərilərə diqqətli və səbrli davranış sərgiləməli;
  • MS Office proqramlarını yaxşı səviyyədə bilməli;

​​​​​​İş haqqında məlumat:

  • Bütün giriş və çıxış tapşırıqlarının yerinə yetirilməsi;
  • Onlayn və telefon rezervasiyalarının idarə edilməsi;
  • Müştərilərə ödəniş üsulları haqqında məlumat verilməsi və onların kredit kartı məlumatlarını yoxlanılması;
  • Lazımi sənəd və məlumatları qonaqdan soruşub qeyd aparılması (passport, əlaqə məlumatları və qaldıqları dəqiq tarixlər kimi);
  • Gələn qonaqları qarşılayıb, otaqlarını təyin edib yerləşdirilməsi;
  • Otelimiz, mövcud otaqlar, qiymətlər, xidmət və imkanlar haqqında müştərilərə məlumat verilməsi;
  • Qonaqların şikayətlərinə vaxtında və peşəkar şəkildə cavab vermək; 
  • Bütün otaqların təmiz, səliqəli və qonaqların ehtiyaclarını ödəmək üçün tam təchiz olunmasını təmin etmək üçün təmizlik işçiləri ilə əlaqə saxlanılması;
  • Müvafiq hallarda əlavə obyekt və xidmətlərin satışı;
  • Rezervasiya və ödənişlərin yenilənmiş qeydlərini aparılması, vaxında ödənişlərin alınması və sistemdə əks etdirilməsi;
  • Kassa əməliyatlarının, növbə üzrə toplanan vəsaitlərin baş kassirə təhvil verilməsi;
  • Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək;
  • Verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək;

İş yeri: Bakı şəhəri / https://lnkd.in/gnPFwChk

Maraqlanan namizədlər öz CV-lərini (e-poçt «Müraciət et» düyməsində) elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində: “Qeydiyyatçı (Resepsionist)”