Məzmuna keçin
Real İnşaat MMC yerləşdirilib

HR Mütəxəssisi

Şəhər
Bakı

Vakansiya haqqında

Əsas öhdəliklər:

İşə qəbul və seçimlər: Tikinti layihələri üçün tələb olunan mühəndis-texniki heyətin, usta və fəhlələrin axtarışı, müsahibələrin keçirilməsi və işə qəbulu prosesini idarə etmək.

Əmək qanunvericiliyi və kargüzarlıq: Əmək Məcəlləsinə uyğun olaraq işçilərin işə qəbulu, başqa işə keçirilməsi, xitam və məzuniyyət əmrlərini hazırlamaq; ƏMAS (e-gov) alt sistemində əməliyyatları tam və vaxtında icra etmək.

Kadr uçotu: Şəxsi işlərin formalaşdırılması, əmək kitabçalarının (və ya elektron uçotun) idarə olunması və tabel uçotuna (vaxta nəzarət) nəzarət etmək.

Sahə/Obyekt koordinasiyası: Tikinti obyektlərində çalışan işçilərin rotasiyası, növbəli iş rejimləri və gediş-gəliş proseslərinin HR tərəfini tənzimləmək.

Əməkhaqqı və Davamiyyət: Aylıq davamiyyət (tabel) göstəricilərini toplamaq, yoxlamaq və əməkhaqqı hesablanması üçün mühasibatlığa təqdim etmək.

Əməyin mühafizəsi ilə koordinasiya: SƏTƏM (HSE) şöbəsi ilə birgə işçilərin ilkin təlimatlandırılması və tibbi müayinələrin izlənməsini təmin etmək.

Daxili qaydalar və adaptasiya: Yeni işçilərin adaptasiya prosesini təşkil etmək, şirkətin daxili intizam qaydalarına riayət olunmasına nəzarət etmək.

Tələblər

  • Təhsil: Ali təhsil
  • Təcrübə: İnsan resursları sahəsində minimum 5 + il iş təcrübəsi
  • Qanunvericilik bilikləri: Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək
  • ƏMAS portali ilə sərbəst işləmək bacarığı
  • 1C: HR / HRMS proqramı
  • MS Office (Excel, Word) – yaxşı səviyyədə
  • Əlaqə - 0512059867
  • Qeyd - yalnız tələblərə uyğun gələn namizədlər ilə əlaqə saxlanılacaqdır
  • Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r

Üstünlük hesab olunur

  • İqtisadiyyat, İdarəetmə, Hüquq və ya Psixologiya sahəsi arzuolunandır
  • Tikinti və ya istehsalat sektorunda təcrübə mütləqdir/arzuolunandır

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →