Vakansiya haqqında
Əsas Vəzifə öhdəlikləri:
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan bizneslərin əməkdaşlarının xarici ezamiyyətləri üzrə aviabilet, otel, transfer və viza əməliyyatlarını təşkil etmək;
Aviabiletlərin bronlaşdırılması, rəsmiləşdirilməsi, dəyişdirilməsi və qaytarılması əməliyyatlarını həyata keçirmək;
Ezamiyyət məqsədinə və təsdiqlənmiş büdcəyə uyğun otel və transfer xidmətlərini bronlaşdırmaq;
Viza tələblərini araşdırmaq, müraciət üçün zəruri sənədləri hazırlamaq və görüşləri təyin etmək;
Aviaşirkətlər, otellər və digər xidmət təminatçıları ilə koordinasiyanı təmin etmək;
Səyahət zamanı yaranan dəyişiklikləri və təcili müraciətləri operativ şəkildə idarə etmək;
İş şərtləri:
İş məkanı: Azure Biznes Mərkəzi
Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
İş rejimi: 5 gün (həftəiçi)
Nahar: Təmin edilir
Servis Xidməti Mövcuddur
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Səyahətlər üzrə Koordinator” yazmaqla, öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- Turizm və aviabilet xidmətləri sahəsində minimum 3 il iş təcrübəsi
- Amadeus sistemindən istifadə üzrə bilik və praktiki təcrübə
- Müvafiq peşə sertifikatlarının, o cümlədən Amadeus sertifikatının olması mütləqdir
- Aviabiletlərin rəsmiləşdirilməsi, dəyişdirilməsi və qaytarılması, həmçinin tariflər və hava daşımaları qaydaları üzrə bilik və praktiki bacarıqlar
- Turların seçilməsi, otel və transfer xidmətlərinin bronlaşdırılması üzrə təcrübə
- Viza tələbləri və viza müraciətlərinin hazırlanması üzrə praktiki təcrübə: zəruri sənədlərin hazırlanması, anketlərin doldurulması və sənədlərin təqdim edilməsi üçün görüşlərin təyin edilməsi
- Azərbaycan, ingilis və rus dillərini bilmək
- MS Office proqramları ilə sərbəst işləmək bacarığı
- Səlis ünsiyyət bacarığı, diqqətlilik, məsuliyyətlilik və eyni vaxtda bir neçə sifarişi idarə etmək bacarığı
- Əvvəlcədən razılaşdırılmış qrafik üzrə növbətçilik etməyə hazır olmaq
Oxşar elanlar
- Barista (restoran)Gustè · Dünən
- Qəbul və Qeydiyyat üzrə Nəzarətçi (Front Office Supervisor)TABIA Group · 2 gün əvvəl
- Otel xidmətçisi (Bellman)TABIA Group · 2 gün əvvəl
- HostessMercure Hotels Baku City · 3 gün əvvəl
- Bakery ChefShahdag Hotel Company · 6 gün əvvəl
- Aşpaz köməkçisiTAİS İKF · 6 noyabr 2026