Məzmuna keçin
Mercure Hotels Baku City yerləşdirilib

Hostess

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

İş yeri: Bakı şəhəri

İş rejimi: Tam ştat

Vəzifə öhdəlikləri:

Restorana daxil olan qonaqları gülərüz və nəzakətlə qarşılamaq;

Qonaqları masalara yönləndirmək və uyğun yerləşdirməni təmin etmək;

Rezervasiyaları qəbul etmək, qeydiyyata almaq və izləmək;

Restoranda masa doluluğuna və qonaqların yerləşdirilməsinə nəzarət etmək;

Qonaqların xüsusi istək və müraciətlərini dinləmək, müvafiq əməkdaşlara yönləndirmək;

Qonaqların məmnuniyyətini təmin etmək və yüksək xidmət standartlarına riayət etmək;

Restoranın ümumi səliqə və nizamına diqqət yetirmək;

Restoran komandası ilə koordinasiyalı şəkildə çalışmaq.

İş şəraiti:

Əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi;

Peşəkar və dinamik kollektivdə işləmək imkanı;

Karyera və peşəkar inkişaf imkanları;

İşçilər üçün nahar təminatı;

Beynəlxalq otel şəbəkəsində təcrübə qazanmaq imkanı.

Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Hostess” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Azərbaycan dilində sərbəst danışıq bacarığı
  • İngilis dili biliyi mütləqdir
  • Yüksək ünsiyyət və təqdimat bacarığı
  • Qonaqpərvərlik və xidmət yönümlü yanaşma
  • Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı

Üstünlük hesab olunur

  • Otel və ya restoran sahəsində müvafiq iş təcrübəsi arzuolunandır
  • Rus dili biliyi üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →