Məzmuna keçin
Mercure Hotels Baku City yerləşdirilib

Ofisiant

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

Qonaqların sifarişləri zamanı menyu haqqında ətraflı məlumat vermək və düzgün seçim etmələri üçün məsləhətlər təqdim etmək;

Qonaqları nəzakətlə qarşılamaq və hotelin xidmət standartlarına uyğun xidmət göstərmək;

Qida və içkiləri müəyyən edilmiş xidmət standartlarına və ardıcıllığına uyğun təqdim etmək;

Menyu, yeməklərin tərkibi və içkilər haqqında məlumatlı olmaq;

Qonaqların sifarişlərini düzgün qəbul etmək və vaxtında icrasını təmin etmək;

Qonaqların xüsusi istəklərini nəzərə almaq və onların məmnuniyyətini təmin etmək;

Masaların təmizliyinə və xidmətə hazır vəziyyətdə saxlanılmasına nəzarət etmək;

Növbənin təhvil-təslimi zamanı şöbənin prosedurlarına riayət etmək;

İstifadə olunan avadanlıqlardan düzgün istifadə etmək və onların təmizliyini təmin etmək;

Qida təhlükəsizliyi, gigiyena və HACCP standartlarına riayət etmək;

Restoran komandası ilə koordinasiyalı işləmək.

İş şəraiti:

Rəsmi əmək müqaviləsi;

Peşəkar və dinamik kollektiv;

Nahar təminatı;

Karyera inkişafı imkanları;

Beynəlxalq hotel şəbəkəsində işləmək imkanı.

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Ofisiant” qeyd etmələri xahiş olunur.

Tələblər

  • Restoran və ya hotel sahəsində müvafiq iş təcrübəsi
  • Azərbaycan dilini səlis, ingilis dilini orta səviyyədə bilmək
  • Qonaqlarla ünsiyyət və müştəri xidmətləri bacarığı
  • Məsuliyyətli, diqqətli və nəzakətli olmaq
  • Komanda ilə işləmək və yüksək iş tempinə uyğunlaşmaq bacarığı
  • Gərgin iş şəraitində sakit və təmkinli davranmaq
  • HACCP standartları və qida təhlükəsizliyi qaydaları barədə məlumatlı olmaq

Üstünlük hesab olunur

  • Rus dili biliyi arzuolunandır

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →