Məzmuna keçin
Mercure Hotels Baku City yerləşdirilib

Marketinq Meneceri (Qrafik Dizayn Bacarıqları ilə)

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

Hotelin marketinq strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

Sosial media hesablarının idarə olunmasını və kontent planının hazırlanmasını təmin etmək;

Hotelin xidmətləri, kampaniyaları və tədbirləri ilə bağlı reklam materialları hazırlamaq;

Sosial media paylaşımları, bannerlər, posterlər, broşürlər və digər vizual materialların dizaynını hazırlamaq;

Foto və video kontentin hazırlanması, redaktəsi və paylaşılmasını təşkil etmək;

Hotelin brend standartlarına və Accor şəbəkəsinin korporativ tələblərinə uyğun vizual materiallar hazırlamaq;

Marketinq kampaniyalarının planlaşdırılması və nəticələrinin təhlilini həyata keçirmək;

Hotelin restoran, SPA, tədbir və digər xidmətlərinin tanıdılması üçün marketinq fəaliyyətləri təşkil etmək;

Satış şöbəsi və digər aidiyyəti bölmələrlə koordinasiyalı işləmək;

Rəqiblərin fəaliyyətini və bazar tendensiyalarını izləmək;

Marketinq fəaliyyətləri üzrə hesabatlar hazırlamaq.

İş şəraiti:

Rəsmi əmək müqaviləsi;

Peşəkar və dinamik kollektiv;

Karyera inkişafı imkanları;

Nahar təminatı;

Beynəlxalq hotel şəbəkəsində işləmək imkanı.

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciətə əvvəlki işlərdən ibarət portfolio əlavə edilməsi arzuolunandır.

Mövzu hissəsində “Marketinq Meneceri” qeyd etmələri xahiş olunur.

Tələblər

  • Marketinq sahəsində minimum 2 il iş təcrübəsi
  • Qrafik dizayn sahəsində praktiki təcrübə
  • Adobe Photoshop, Illustrator və Canva proqramları ilə işləmək bacarığı
  • Sosial media platformalarının idarə olunması və kontent hazırlanması üzrə təcrübə
  • Rəqəmsal marketinq və reklam alətləri barədə bilik
  • Kreativ düşüncə və vizual zövq
  • Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək
  • Güclü ünsiyyət, planlaşdırma və təşkilatçılıq bacarıqları
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq
  • Komanda ilə işləmək və bir neçə işi paralel idarə etmək bacarığı

Üstünlük hesab olunur

  • Rus dili biliyi üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →