Məzmuna keçin
Veysəloğlu Şirkətlər Qrupu yerləşdirilib

Təchizat üzrə Mütəxəssis

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Əsas Vəzifə Öhdəlikləri:

Daxil olan satınalma tələblərindəki məlumatların dolğunluğunu yoxlamaq, qeyri-müəyyənlikləri aradan qaldırmaq və daxili sifarişçilərlə koordinasiya qurmaq;

Tender iştirakçılarının peşəkar uyğunluğunu yoxlamaq, Əsas Şərtlər Toplusunu hazırlayaraq tender elan etmək və təklif zərflərini toplamaq;

Tender komissiyasının iştirakı ilə zərflərin açılışını və iclaslarını təşkil etmək, müvafiq protokolları hazırlamaq;

Əvvəlcədən müəyyən edilmiş texniki, kommersiya və digər qiymətləndirmə meyarlarına əsasən təkliflərin müqayisə cədvəlini hazırlamaq, uyğun təklifi komissiyaya tövsiyə etmək və təsdiqini almaq;

Potensial tədarükçüləri araşdırmaq, onlarla danışıqlar aparmaq, endirim sorğuları göndərmək və qalib namizədlərin istehsalat/anbar sahələrinə ziyarətlər etmək;

Tədarükçülərin qiymət, keyfiyyət, çatdırılma müddəti və müqavilə öhdəliklərinə riayət etməsi üzrə performansını qiymətləndirmək və təkmilləşdirmə təklifləri hazırlamaq;

Təsdiq edilmiş təklif üzrə satınalma sifarişini (PO) formalaşdırmaq, imzalatmaq və malların təyin olunmuş ünvana vaxtında çatdırılmasını təqib etmək;

Anbara çatdırılan sifarişlərdə uyğunsuzluq olarsa, tədarükçü ilə problemi həll etmək və təchiz olunan malların keyfiyyət analizini aparmaq;

Satınalma sifarişi, çatdırılma və hesablaşma sənədlərinin doğruluğunu yoxlamaq, müqavilələrin hazırlanmasını koordinasiya etmək və rəhbərliyə mütəmadi hesabatlar vermək;

Sifariş yekunlaşdıqdan sonra tədarükçünün performansını dəyərləndirmək və gələcək əməkdaşlıq üçün sistemli analizlər aparmaq.

Maraqlanan namizədlər öz CV-lərini M üraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali təhsil
  • Satınalma və ya təchizat zəncirinin idarə edilməsi sahəsində minimum 2 il iş təcrübəsi
  • Satınalma və tender prosedurları, RFQ/RFP və satınalma sifarişlərinin (PO) idarə edilməsi üzrə biliklər
  • Bazar araşdırması aparmaq və qiymət dalğalanmalarını təhlil etmək bacarığı
  • Tədarükçülərlə effektiv ünsiyyət və güclü danışıqlar aparma qabiliyyəti
  • MS Office (xüsusilə Excel) proqramlarında peşəkar işləmək bacarığı
  • Analitik düşünmə, detallara diqqət, planlaşdırma və vaxtın effektiv idarə edilməsi bacarığı
  • İşə məsuliyyətli yanaşma, işgüzar etika, komanda ilə işləmək və nəticəyönümlülük
  • İngilis dilində kommersiya təkliflərini, texniki sənədləri və işgüzar yazışmaları oxuyub anlamaq bacarığı

Üstünlük hesab olunur

  • İqtisadiyyat, Maliyyə və ya Menecment sahəsi üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →