İşin təsviri
- Daşınmaların planlanması və optimizasiyası (marşrut, həcm, resurslar)
- Sahələr, aqroparklar və zavodlar üzrə nəqliyyat və texnikanın (kombaynlar və yük avtomobilləri) koordinasiyası
- Daxili və podratçı nəqliyyatın idarə olunması, gündəlik daşınmalara nəzarət və operativ problemlərin həlli
- Nəqliyyat şirkətləri ilə iş və performansın qiymətləndirilməsi
- Daşınma xərclərinin analizi və hesabatların hazırlanması
- Logistika və daşımalar üzrə tender sənədlərinin hazırlanması
- Bazar araşdırmalarının aparılması və qiymət müqayisələrinin hazırlanması
- Tender nəticələrinin iqtisadi əsaslandırılması
Tələblər
- Ali təhsil (logistika, iqtisadiyyat və ya əlaqəli sahə üzrə)
- Logistika, təchizat, nəqliyyat və ya əməliyyat idarəetməsi sahəsində minimum 3 il iş təcrübəsi
- Sahə şəraitində işləmək imkanı
- B kateqoriyalı sürücülük vəsiqəsinin olması
- Excel proqramında işləmək bacarığı
- Analitik düşüncə və operativ qərarvermə bacarığı
- Güclü ünsiyyət və koordinasiya bacarıqları