İşin təsviri
Təsvir
- Daşınan yüklərin texniki vəziyyətini yoxlamaq, hərəkətin təhlükəsizliyinə risk yaradan kommersiya nasazlıqlarını vaxtında aşkar etmək və aradan qaldırılması üçün tədbirlər görmək məqsədilə vaqonlara kommersiya baxışı keçirmək;
- Aşkar edilmiş kommersiya nasazlıqları üzrə müvafiq qaydada ümumi aktlar tərtib etmək;
- Kommersiya nasazlığı səbəbindən qatardan açılması tələb olunan vaqonların nömrələrini operativ şəkildə Texnoloji Mərkəzin operatoruna bildirmək;
- Baxış zamanı vaqonlarda və yüklərdə aşkar olunan nasazlıqlar barədə stansiya rəisinin yük və kommersiya işləri üzrə müavinini məlumatlandırmaq;
- Baxışdan keçirilmiş və baxışa təqdim olunmuş qatarlar, eləcə də nasazlıqların aradan qaldırılması tələb olunan vaqonlar barədə növbəni təhvil alan qatar qəbuledicilərinə dəqiq məlumat vermək;
- Kommersiya baxış qaydalarına, yüklərin daşınması, yerləşdirilməsi və bərkidilməsi üzrə texniki tələblərə, həmçinin təhlükəsizlik texnikası qaydalarına ciddi riayət etmək.
Tələblər
- Ümumi təhsil;
- Növbəli iş rejimi;
- Yük daşıma qaydaları, Qatar və vaqonlara kommersiya baxışının keçirilmə qaydaları, Texniki istismar qaydalarına dair biliklər;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə məlumatlılıq;
- Diqqətlilik, şifahi ifadə bacarığı, peşəkar ehtiyatlılıq.