İşin təsviri
- Sahədə nəqliyyat və texnikanın (kombaynlar və yük avtomobilləri) koordinasiyası, daşınma planlarının icrasının təmin edilməsi;
- Yükləmə və boşaltma proseslərinin təşkili, nəqliyyatın vaxtında cəlb olunması və avtomobillərin düzgün yönləndirilməsi;
- Boşdayanmaların minimuma endirilməsi və sahədə yaranan problemlərin operativ həlli;
- Podratçı texnikanın fəaliyyətinə nəzarət və iş həcmlərinin (reys, tonnaj, iş saatları) qeydiyyatı;
- Yerinə yetirilmiş işlərin ilkin sənədləşdirilməsi və ofis komandası ilə operativ məlumat mübadiləsinin təmin edilməsi.
Tələblər
- Ali təhsil;
- Logistika və ya kənd təsərrüfatı sahəsində təcrübə üstünlükdür;
- Sahə şəraitində işləmək imkanı;
- B kateqoriyalı sürücülük vəsiqəsinin olması;
- Excel proqramında işləmək bacarığı;
- Analitik düşüncə və operativ qərarvermə bacarığı;
- Güclü ünsiyyət və koordinasiya bacarıqları;
- Komanda ilə işləmək bacarığı.