İşin təsviri
- Plomblanmış və plomblanmamış yüklərin daşınması zamanı naqil burultağının texniki sazlığını yoxlamaq və təhlükəsizlik tələblərinə uyğunluğunu təmin etmək;
- Yüklərin qəbulu, çəkilməsi, yüklənməsi, boşaldılması, çeşidlənməsi, yenidən yüklənməsi, qorunması və təyinatı üzrə təhvil verilməsi proseslərinə nəzarət etmək;
- Vaqon və konteynerlərə plomb nişanlarını düzgün qaydada tətbiq etmək;
- Plomb nişanlarının hər iki tərəfdən aydın görünməsini təmin etmək, naqillərin etibarlı şəkildə bərkidilməsini yoxlamaq;
- Yüklər üzrə aşkar edilmiş kommersiya nasazlıqları ilə bağlı müvafiq aktları tərtib etmək;
- Yüklənən, boşaldılan, qəbul edilən və təyinatı üzrə göndərilən vaqonların əməliyyatlarının icrası üçün ADY Smart proqramı üzərindən operativ və dəqiq işləmək.
Tələblər
- Ümumi təhsil;
- Növbəli iş rejimi;
- Yükləmə və boşaltma əməliyyatları, daşıma qaydaları üzrə biliklər;
- Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi qaydaları;
- Diqqətlilik, şifahi ifadə bacarığı, peşəkar ehtiyatlılıq.