Ekologiya və ətraf mühitin mühafizəsi üzrə aparıcı mütəxəssis

İşin təsviri

  • Ətraf mühitin mühafizəsi üzrə qanunvericilik və normativ tələblərin icrasına nəzarət etmək;
  • Liman ərazisi və akvatoriyasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə tədbirlər və təkliflər hazırlamaq;
  • Ətraf mühit üzrə sənədləşmə və hesabatlılığı təmin etmək;
  • Ətraf mühit üzrə yerli və beynəlxalq standartların tələblərinə əməl olunmasını təmin etmək;
  • Gəmilərdən dənizin çirklənməsinin qarşısının alınması üzrə tələblərin icrasına nəzarət etmək;
  • Ekoloji risklərin qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin müəyyən edilməsində iştirak etmək;
  • Ətraf mühitin mühafizəsi üzrə tədbirlər planının hazırlanması və icrasını, habelə müvafiq hesabatların hazırlanmasını təmin etmək;
  • Ətraf mühitin mühafizəsi üzrə normativ sənədləri hazırlamaq və aidiyyəti qurumlara təqdim etmək;
  • Müəyyən edilmiş dövr ərzində ekoloji monitorinqlər aparmaq, uyğunsuzluqlar barədə məlumat vermək və statistik məlumatları hazırlamaq.

Tələblər

Təhsil səviyyəsi: Müvafiq istiqamət üzrə ali

Təcrübə: Müvafiq istiqamət üzrə 3 il

Bilməlidir:

  • Ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi;
  • Ekoloji normativ sənədlərin hazırlanması;
  • Ətraf mühitin mühafizəsi sahəsində statistikanın aparılması;
  • Beynəlxalq standartların tələbləri.