Vakansiya haqqında
Anbara daxil olan malların sayını, komplektliyini və fiziki vəziyyətini yoxlamaq;
Məhsulların anbarda müəyyən edilmiş qaydalara uyğun düzgün yerləşdirilməsini və səliqəli saxlanılmasını təmin etmək;
Malların boşaldılması, daşınması və mağaza daxilində müvafiq yerlərə yerləşdirilməsi işlərini həyata keçirmək;
Qaimə və hesab-fakturalara əsasən malların qəbulunu, təhvilini və müvafiq anbar əməliyyatlarını icra etmək;
Anbara daxil olan və anbardan çıxarılan məhsulların hərəkətinə nəzarət etmək;
Satış komandasına məhsulların hazırlanması, təqdim edilməsi və anbardan çıxarılması prosesində operativ dəstək göstərmək;
Anbarda məhsulların təhlükəsiz saxlanılmasına, nizam-intizama və təmizliyə riayət etmək;
Mağazanın gündəlik fəaliyyətinin fasiləsiz təmin olunması məqsədilə digər operativ işlərdə iştirak etmək.
Tələblər
- Məsuliyyətli, intizamlı və işinə ciddi yanaşan olmaq
- Dəqiq, diqqətli və operativ işləmək bacarığı
- Komandada işləmək və kollektivlə effektiv əməkdaşlıq etmək bacarığı
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək
- Əlavə bonus sistemi: İş nəticələrinə və fəaliyyət göstəricilərinə əsasən
- Rəsmiləşdirmə: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
- Stabil iş mühiti və uzunmüddətli əməkdaşlıq imkanı
Üstünlük hesab olunur
- Müştərilərlə düzgün ünsiyyət qurmaq bacarığı üstünlük hesab olunur
- Anbar və ya mağaza sahəsində iş təcrübəsinin olması üstünlükdür
Oxşar elanlar
- Baş satıcıKaraca · Bu gün
- Satış şöbəsinin rəhbəriQalan AZ · 2 gün əvvəl
- Sales RepresentativeCarlsberg Azerbaijan · 3 gün əvvəl
- MerchandiserCarlsberg Azerbaijan · 3 gün əvvəl
- Sales Executive – Restaurant PartnershipsIRES · 3 gün əvvəl
- Müştəri dəstəyi üzrə operatorPrior Leasing · 3 gün əvvəl