Məzmuna keçin
Qalan AZ yerləşdirilib

Satış şöbəsinin rəhbəri

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

QALAN — riyaziyyat fənni üzrə interaktiv tədrisə yönəlmiş, onlayn təhsil portalıdır. Şirkət 7 ildən artıqdır ki, fəaliyyət göstərir və bu müddət ərzində 60.000-dən çox şagirdə tədris xidməti göstərmişdir. Hal-hazırda QALAN fəaliyyət miqyasını genişləndirərək Azərbaycan, Qazaxıstan, Özbəkistan, Rusiya və Misirdə uğurla təqdim olunur. Missiyamız — davamlı uğura nail olmaq və şagirdlər üçün təhsil imkanlarını daim inkişaf etdirməkdir.

Vəzifə öhdəlikləri:

Satış şöbəsi əməkdaşlarının təlim və peşəkar inkişaf prosesinin təşkili;

AmoCRM sistemində effektiv və peşəkar işləmək;

Satış planının icrasına nəzarət etmək və qarşıya qoyulan hədəflərə çatmağı təmin etmək;

Komandanın müəyyən hissəsini idarə etmək və əməkdaşlara rəhbərlik etmək;

Tapşırıqları düzgün bölüşdürmək, komanda üzvlərini motivasiya etmək və onların peşəkar inkişafına dəstək göstərmək;

İdarəetmə proseslərini optimallaşdırmaq və işin səmərəli təşkilini təmin etmək;

Satış göstəricilərini təhlil etmək və rəhbərlik üçün analitik hesabatlar hazırlamaq.

İş şəraiti:

Rəqabətədavamlı əməkhaqqı və əldə olunan nəticələrə əsaslanan bonus sistemi;

İş qrafiki: həftədə 6 iş günü, 1 istirahət günü, saat 10:00-dan 19:00-dək;

Peşəkar, mehriban və motivasiyalı komandada işləmək imkanı;

Şirkətin inkişafına töhfə vermək və şəxsi təşəbbüsləri həyata keçirmək üçün geniş imkanlar.

Tələblər:

Tələblər

  • Azərbaycan və rus dillərini sərbəst bilmək
  • Satış sahəsində və komanda idarəçiliyində minimum 1 il iş təcrübəsi
  • CRM sistemləri ilə işləmək bacarığı
  • Satış skriptlərinin və KPI göstəricilərinin hazırlanması və tətbiqi üzrə bilik və təcrübə
  • Strateji düşünmə və operativ qərar qəbul etmə bacarığı
  • Yüksək kommunikasiya və liderlik bacarıqları
  • Komandanı motivasiya etmək, ruhlandırmaq və güclü komanda ruhu formalaşdırmaq bacarığı

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →