Vakansiya haqqında
QALAN komandası genişlənir! Satış Meneceri axtarırıq.
Satış sahəsində karyera qurmaq və yüksək gəlir əldə etmək istəyirsənsə, səni komandamıza dəvət edirik!
Təcrübən yoxdur? Problem deyil!
QALAN-da iş prosesi sıfırdan öyrədilir , yeni əməkdaşlara təlim keçirilir və adaptasiya müddətində tam dəstək göstərilir.
QALAN — Azərbaycan, Qazaxıstan, Özbəkistan, Rusiya və ərəb ölkələrində fəaliyyət göstərən beynəlxalq onlayn təhsil platformasıdır. 60 000+ şagirdə xidmət göstərmişik.
Sənin əsas vəzifələrin:
- QALAN-ın təhsil xidmətlərini müştərilərə təqdim etmək və satışını həyata keçirmək
- Daxil olan müraciətləri operativ qəbul etmək və idarə etmək
- İsti müraciətlər və mövcud müştəri bazası ilə effektiv əməkdaşlıq
- CRM sistemində məlumatları düzgün qeyd etmək
- Satış planlarını yerinə yetirmək və yüksək nəticələr göstərmək
Biz nə təklif edirik?
- Sabit əmək haqqı + yüksək bonus sistemi
- Rəsmi əmək müqaviləsi
- Karyera yüksəlişi və inkişaf imkanları
- Təlimlər və peşəkar inkişaf
- Tim-bildinq və motivasiyaedici tədbirlər
- Güclü komanda və korporativ mühit
- Sürətlə inkişaf edən beynəlxalq EdTech şirkətində çalışma imkanı
🕙 İş qrafiki: 10:00 – 19:00
İş rejimi: 6 günlük
Tələblər:
Tələblər
- Güclü kommunikasiya və təqdimat bacarığı
- Satış və danışıqlar aparmaq bacarığı
- İnandırma və etirazlarla işləmə bacarığı
- Hədəf və nəticə yönümlü yanaşma
- Məsuliyyətli və operativ iş prinsipi
- Stressə davamlılıq və çevik qərarvermə bacarığı
- Azərbaycan dilində səlis danışıq
Oxşar elanlar
- Baş satıcıKaraca · Bu gün
- Mağaza fəhləKaraca · 2 gün əvvəl
- Satış şöbəsinin rəhbəriQalan AZ · 2 gün əvvəl
- Sales RepresentativeCarlsberg Azerbaijan · 3 gün əvvəl
- MerchandiserCarlsberg Azerbaijan · 3 gün əvvəl
- Sales Executive – Restaurant PartnershipsIRES · 3 gün əvvəl