Vakansiya haqqında
Karat Holdinq haqqında: Karat Holding müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələri birləşdirən şirkətlər qrupudur. Qrup müəssisələrində maliyyə və əməliyyat fəaliyyətinin qiymətləndirilməsi, risklərin müəyyənləşdirilməsi və iş proseslərinin təkmilləşdirilməsi üçün analitik düşüncəli, diqqətli və sahə işinə hazır daxili auditor axtarırıq.
İş şəraiti
İş yeri: Yasamal ray.,M.Muxtarov,ev 201
İş qrafiki: 5 günlük iş həftəsi, 08:00–17:00
Əməkhaqqı: 700-1200 Azn ( namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir).
Əsas vəzifə öhdəlikləri
Təsdiq edilmiş iş planı üzrə maliyyə, əməliyyat və inzibati fəaliyyətləri yoxlamaq, zəruri məlumatları toplamaq və əsas riskləri qiymətləndirmək.
Audit prosedurlarını hazırlamaq və tətbiq etmək; müqavilələri, ilkin sənədləri, əməliyyat qeydlərini və elektron sistem məlumatlarını nəzərdən keçirərək uyğunsuzluqları müəyyənləşdirmək.
Satış, gəlirlərin tanınması, debitor borcları və müştəri hesablaşmaları üzrə prosesləri qiymətləndirmək; məlumatların tamlığını və təsdiq sənədlərinə uyğunluğunu yoxlamaq.
Anbar, ehtiyat və digər maddi sərvətlərin uçotunu nəzərdən keçirmək, seçmə sayımlar aparmaq və uçot məlumatları ilə faktiki vəziyyət arasındakı fərqləri araşdırmaq.
İstehsal və əməliyyat fəaliyyətində resurslardan istifadəni, xərcləri və müəyyən edilmiş göstəricilərə uyğunluğu təhlil etmək; səmərəliliyin artırılması imkanlarını müəyyənləşdirmək.
Satınalma və təchizat proseslərində tələbatın əsaslandırılması, təkliflərin qiymətləndirilməsi, sifariş, qəbul və hesablaşma sənədlərinin uyğunluğunu yoxlamaq.
Əməkhaqqı, davamiyyət və digər müvafiq insan resursları qeydlərini seçmə üsulu ilə yoxlamaq, təsdiq sənədləri ilə uyğunluğunu qiymətləndirmək.
Əsas vəsaitlər, təmir və investisiya xərcləri üzrə sənədləri nəzərdən keçirmək; planlaşdırılmış və faktiki göstəricilər arasındakı fərqləri təhlil etmək.
Excel və elektron sistem məlumatlarından istifadə etməklə qeyri-adi əməliyyatları, təkrarlanan uyğunsuzluqları və digər risk əlamətlərini təhlil etmək.
Audit sübutlarını, yoxlamanın əhatə dairəsini və seçmə əsaslarını işçi sənədlərində qeyd etmək; tapıntıları faktlar və risk qiymətləndirməsi ilə əsaslandırmaq.
Audit hesabatları və praktik tövsiyələr hazırlamaq, razılaşdırılmış tədbirlərin icrasını izləmək və zəruri hallarda təkrar yoxlama aparmaq.
Xüsusi yoxlamalarda və audit araşdırmalarında iştirak etmək, audit sənədlərini qaydalara uyğun tərtib edib saxlamaq.
Tələblər
- Namizəddən aşağıdakı təhsil, təcrübə və peşəkar bacarıqlara malik olması gözlənilir
- Maliyyə, mühasibat uçotu, audit, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil
- Daxili/xarici audit, maliyyə nəzarəti və ya istehsalat müəssisəsində daxili nəzarət üzrə azı 3 il təcrübə
- Maliyyə sənədləri, debitor-kreditor hesablaşmaları, inventar uçotu və əsas əmək, vergi və mühasibat tələbləri barədə bilik
- Auditin planlaşdırılması, nümunə seçimi, sübutların toplanması, risklərin qiymətləndirilməsi və hesabat hazırlanması üzrə bacarıq
- MS Excel və MS Office proqramlarında sərbəst işləmək
- Elektron qeydiyyat və mühasibat sistemləri ilə təcrübə
- Azərbaycan dilində yazılı və şifahi ünsiyyət bacarığı
- Ezamiyyətlərdə iştirak etmək və istehsalat sahəsində yoxlamalar aparmaq imkanı
- Analitik düşüncə və rəqəmlərlə işləmək bacarığı
- Diqqətlilik, ardıcıllıq və nəticəyönümlülük
- Aydın yazılı hesabat və şifahi təqdimat bacarığı
- Məsuliyyətlilik, dürüstlük və məxfilik prinsiplərinə riayət
- Komandada işləmək və müxtəlif səviyyəli əməkdaşlarla işgüzar ünsiyyət qurmaq bacarığı
Üstünlük hesab olunur
- 5 il və daha artıq təcrübəyə üstünlük verilir
- İstehsalat, emal və ya qida sənayesində iş təcrübəsi üstünlükdür
- Power BI və digər analitik alətlər üstünlükdür
- İngilis və rus dili biliyi üstünlükdür
Oxşar elanlar
- (Bakı filialları) Kassa xidmətləri üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssisYelo Bank ASC · Bu gün
- Metodologiya şöbəsinin analitikiİcbari Sığorta Bürosu · Bu gün
- Həyat Sığortası satışları üzrə mütəxəssisAteshgah Sigorta · Bu gün
- Layihələrin idarə edilməsi üzrə mütəxəssisTAM STORE · 3 gün əvvəl
- Junior HR AdministratorAzerbaijan SuperMarket · 3 gün əvvəl
- Daxili AuditorMSolution · 3 gün əvvəl