Kommersiya direktoru (un məsələri üzrə)
- Maaş
- 1 500 – 2 000 AZN
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
İş şəraiti
İş yeri: Yasamal ray.,M.Muxtarov,ev 201
İş qrafiki: 5 günlük iş həftəsi, 08:00–17:00
Əməkhaqqı: 1500-2000 Azn.
Əsas vəzifə öhdəlikləri
Un və un məmulatları (kəpək, yem və s.) üzrə şirkətin ümumi satış strategiyasını hazırlamaq və icrasına nəzarət etmək.
Mövcud müştərilərlə (çörək zavodları, şirniyyat sexləri, topdansatış mərkəzləri və pərakəndə şəbəkələr) uzunmüddətli əməkdaşlığı inkişaf etdirmək və yeni müştəri bazası formalaşdırmaq.
Bazar araşdırmaları aparmaq, rəqiblərin qiymət siyasətini və tələb-təklif dinamikasını təhlil etmək.
Satış komandasının işini təşkil etmək, onlara aylıq və illik hədəflər (KPI) təyin etmək və komandanın peşəkar inkişafını dəstəkləmək.
Xammal qiymətləri (taxıl bazarı) və istehsal xərclərini nəzərə alaraq optimal qiymət və endirim siyasətini müəyyən etmək.
Debitor borcların (nəğd və köçürmə ödənişlərin) vaxtında yığılmasına nəzarət etmək.
İstehsalat və logistika şöbələri ilə sıx əməkdaşlıq edərək sifarişlərin fasiləsiz və vaxtında çatdırılmasını təmin etmək.
Rəhbərliyə mütəmadi olaraq satış hesabatları və bazar proqnozları təqdim etmək.
Tələblər
- İqtisadiyyat, marketinq, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil
- Kommersiya və ya satış sahəsində minimum 5 il iş təcrübəsi
- B2B və topdansatış kanallarını dərindən bilmək, güclü danışıqlar aparmaq və inandırmaq qabiliyyəti
- Azərbaycan dilində yazılı və şifahi ünsiyyət bacarığı
- MS Office proqramları (xüsusilə Excel) və 1C proqramında işləmək bacarığı
- Ezamiyyətlərdə iştirak etmək və istehsalat sahəsində yoxlamalar aparmaq imkanı
- Diqqətlilik, ardıcıllıq və nəticəyönümlülük
- Güclü danışıqlar aparmaq və təqdimat bacarıqları
- Analitik düşüncə və nəticəyönümlülük
- MS Office proqramlarında işləmək bacarığı
- Aydın yazılı hesabat və şifahi təqdimat bacarığı
- Məsuliyyətlilik, dürüstlük və məxfilik prinsiplərinə riayət
- Komandada işləmək və müxtəlif səviyyəli əməkdaşlarla işgüzar ünsiyyət qurmaq bacarığı
Üstünlük hesab olunur
- Rəhbər vəzifədə təcrübəyə üstünlük verilir
- İngilis və rus dili biliyi üstünlükdür
Oxşar elanlar
- (Bakı filialları) Kassa xidmətləri üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssisYelo Bank ASC · Bu gün
- Metodologiya şöbəsinin analitikiİcbari Sığorta Bürosu · Bu gün
- Həyat Sığortası satışları üzrə mütəxəssisAteshgah Sigorta · Bu gün
- Layihələrin idarə edilməsi üzrə mütəxəssisTAM STORE · 3 gün əvvəl
- Junior HR AdministratorAzerbaijan SuperMarket · 3 gün əvvəl
- Daxili AuditorMSolution · 3 gün əvvəl