Yanğın təhlükəsizliyi üzrə mütəxəssis

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Yanğın təhlükəsizliyi, əməyin mühafizəsi, təhlükəsizlik və ya əlaqəli sahə üzrə bilik və iş təcrübəsi;
  • Yanğın təhlükəsizliyi norma və qaydaları barədə məlumatlı olmaq;
  • Tikinti sahəsində iş təcrübəsi üstünlükdür;
  • Obyektlərdə mütəmadi sahə yoxlamaları aparmağa hazır olmaq;
  • Məsuliyyətli, diqqətli, tələbkar və operativ olmaq;
  • Aşkar edilmiş risk və nöqsanları düzgün qiymətləndirmək və onların aradan qaldırılmasını izləmək bacarığı;
  • Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti.

​​​​​​​Vəzifə öhdəlikləri:

  • Şirkətin tikinti layihələrində və hazır obyektlərində yanğın təhlükəsizliyi qaydalarına və tələblərinə riayət olunmasına nəzarət etmək;
  • Obyektlərdə mütəmadi yoxlamalar aparmaq, yanğın riski yaradan halları və uyğunsuzluqları müəyyən etmək;
  • Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün məsul şəxslərə müvafiq göstəriş və təkliflər vermək, icrasını nəzarətdə saxlamaq;
  • Yanğınsöndürmə balonlarının, yanğın şkaflarının, hidrantların, siqnalizasiya və digər yanğından mühafizə vasitələrinin mövcudluğuna və işlək vəziyyətdə saxlanılmasına nəzarət etmək;
  • Təxliyə yollarının, çıxışların və yanğın təhlükəsizliyi nişanlarının tələblərə uyğun vəziyyətdə olmasını yoxlamaq;
  • Tikinti sahələrində qaynaq, kəsmə və digər yanğın təhlükəli işlərin təhlükəsizlik tələblərinə uyğun aparılmasına nəzarət etmək;
  • Yanıcı və tezalışan materialların saxlanılması və istifadəsi zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq;
  • Əməkdaşların yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmasında iştirak etmək və zəruri maarifləndirmə işləri aparmaq;
  • Fövqəladə hal zamanı təxliyə və ilkin yanğınsöndürmə tədbirləri üzrə hazırlıq vəziyyətini nəzarətdə saxlamaq;
  • Yanğın təhlükəsizliyi ilə bağlı yoxlama nəticələrini, aşkar edilmiş nöqsanları və görülmüş tədbirləri sənədləşdirmək və rəhbərliyə hesabat təqdim etmək;
  • Yanğın təhlükəsizliyi üzrə daxili qayda və prosedurların icrasına nəzarət etmək.

İş şəraiti:

  • 6 günlük iş qrafiki;
  • İş yeri: Bakı şəhəri və şirkətin layihələri;
  • Əmək haqqı namizədin bilik, təcrübə və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Yanğın təhlükəsizliyi üzrə mütəxəssis” yazmaqla hr@kristal.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.