Məzmuna keçin
Landau Education Group yerləşdirilib

Strategiya və layihələrin idarə olunması üzrə mütəxəssis

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Strateji təşəbbüslər və layihələr üzrə məlumatları toplamaq, sistemləşdirmək və icra vəziyyətini izləmək;

İllik və orta müddətli strateji planların hazırlanması üçün tələb olunan məlumatların və analitik materialların hazırlanmasına dəstək göstərmək;

Layihələrin vaxt, büdcə, əhatə dairəsi və nəticə göstəricilərini izləmək, kənarlaşmaları müəyyən etmək və aidiyyəti tərəflərlə dəqiqləşdirmələr aparmaq;

Layihə planlarının, fəaliyyət cədvəllərinin, status hesabatlarının və digər layihə sənədlərinin hazırlanmasını və yenilənməsini həyata keçirmək;

Layihə risklərini, gecikmələri və icra zamanı yaranan məsələləri qeydiyyata almaq, onların izlənilməsini və vaxtında eskalasiya olunmasını təmin etmək;

Strateji və layihə göstəriciləri üzrə dövri hesabatlar, analitik cədvəllər və rəhbərlik üçün təqdimat materialları hazırlamaq;

Layihə və təşəbbüslər üzrə məlumatların düzgünlüyünü, tamlığını və aktuallığını yoxlamaq, aşkar edilmiş uyğunsuzluqlar üzrə düzəlişlərin aparılmasını izləmək;

Trendlər, mövcud bazar dinamikası, rəqib təhlili və müştəri fikirləri barədə təhlil aparmaq və məlumat toplamaq;

Layihə idarəetmə prosedurlarının, hesabat formatlarının və iş axınlarının tətbiqinə dəstək göstərmək, təkmilləşdirmə üzrə təkliflər hazırlamaq;

Strateji təşəbbüslərin və layihələrin icrası üzrə görüşlərin təşkili, qərarların və fəaliyyətlərin qeydiyyatı və sonrakı izlənilməsini həyata keçirmək;

Digər bölmə və şöbələrlə koordinasiyalı şəkildə əməkdaşlıq etmək və layihə və strategiya üzrə tələb olunan məlumatların vaxtında təqdim olunmasını təmin etmək.

Tələblər

  • Biznesin İdarə Edilməsi, İqtisadiyyat, Maliyyə və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi
  • Strategiya, layihələrin idarə olunması, biznes analitikası və ya müvafiq sahə üzrə 1–2 il iş təcrübəsi
  • Güclü analitik düşünmə və problem həll etmə bacarıqları
  • Böyük həcmli məlumatları toplamaq, sistemləşdirmək, təhlil və təqdim etmək, detallara və dəqiqliyə yüksək diqqət yetirmək bacarığı
  • Xüsusilə Microsoft Excel və PowerPoint olmaqla, Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı
  • Mürəkkəb məlumatları aydın, strukturlaşdırılmış və yığcam şəkildə təqdim etmək, həm yazılı, həm də şifahi effektiv kommunikasiya bacarıqları

Üstünlük hesab olunur

  • Rus dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı üstünlükdür
  • Strategiya konsaltinqi, biznes təhlili, strateji planlaşdırma və ya korporativ strategiya sahəsində iş təcrübəsi üstünlük hesab olunur

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →