İşin təsviri
Aylıq, rüblük və illik maliyyə və büdcə hesabatlarının hazırlanmasında iştirak etmək;
Büdcə icrasına dair faktiki göstəriciləri plan göstəriciləri ilə müqayisə etmək və aşkar olunmuş kənarlaşmaları təhlil etmək;
Mühasibat uçotu məlumatları əsasında analitik hesabatlar tərtib etmək;
İllik büdcə layihəsinin hazırlanmasında iştirak etmək, struktur bölmələrdən daxil olan büdcə təkliflərini toplamaq və təhlil etmək;
Daxili və xarici audit prosesləri zamanı zəruri məlumatları təqdim etmək və yoxlamalar nəticəsində müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılmasında iştirak etmək;
Beynəlxalq maliyyə hesabatı standartları (IFRS) üzrə praktik biliklərə malik olmaq;
Tələblər
Təhsil – Ali (Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsində bakalavr dərəcəsi)
İş təcrübəsi – Maliyyə, hesabatlılıq və büdcə analizi sahəsində minimum 2 il iş təcrübəsi
Dil bilikləri – Azərbaycan və İngilis dillərində sərbəst ünsiyyət bacarığı
Kompüter bacarıqları – Microsoft Office proqramlarından peşəkar səviyyədə istifadə və mühasibat proqramlarında iş təcrübəsi.
Mühasibat uçotu və maliyyə sahəsi üzrə beynəlxalq peşəkar sertifikatlara (ACCA, CPA, CIMA) malik olmaq üstünlükdür
Səriştələr:
Məsuliyyətli, diqqətli və vaxtı səmərəli idarəetmə bacarığı;
Analitik düşüncə və təhlil bacarığı, hesabatların hazırlanması bacarığı;
Komanda ilə işləmə və effektiv kommunikasiya bacarığı.
Nə təklif edirik:
Könüllü tibbi sığorta
Korporativ mobil nömrə
Peşəkar inkişaf və təlim imkanları