İşin təsviri
- Şirkətin marketinq strategiyasının və illik marketinq planının hazırlanmasında və icrasında iştirak etmək.
- Məhsul və xidmətlərin bazarda tanıdılması üçün marketinq kampaniyalarını planlaşdırmaq və koordinasiya etmək.
- Bazar, rəqiblər və müştəri davranışları üzrə araşdırmalar aparmaq, nəticələr əsasında təkliflər hazırlamaq.
- Satış komandasını marketinq materialları və bazar məlumatları ilə dəstəkləmək.
- Reklam kampaniyalarının planlaşdırılması, icrasının koordinasiyası və nəticələrinin təhlilini həyata keçirmək.
- Reklam agentlikləri, dizayn studiyaları, media tərəfdaşları və digər xidmət təminatçıları ilə əməkdaşlığı idarə etmək.
- Şirkətin korporativ veb-saytının məzmununun yenilənməsini və inkişafını koordinasiya etmək.
- Şirkətin sosial media platformalarının kontent planının hazırlanmasını, paylaşım prosesini və agentliklərlə işin koordinasiyasını təmin etmək.
- Foto, video, broşür, kataloq, təqdimat, korporativ hədiyyələr və digər reklam-tanıtım materiallarının hazırlanmasını təşkil etmək.
- Yerli və beynəlxalq sərgilərin, konfransların, forumların və korporativ tədbirlərin planlaşdırılması və təşkilini koordinasiya etmək.
- Korporativ Sosial Məsuliyyət (CSR) layihələrinin planlaşdırılması, icrası və kommunikasiya fəaliyyətlərini idarə etmək.
- Brend standartlarına uyğun olaraq bütün kommunikasiya materiallarının hazırlanmasına nəzarət etmək.
- PR, media və korporativ kommunikasiya fəaliyyətlərinin həyata keçirilməsində iştirak etmək.
- Marketinq büdcəsinin icrasına nəzarət etmək və görülən işlər üzrə mütəmadi hesabatlar hazırlamaq.
- Marketinq fəaliyyətlərinin effektivliyini KPI-lar əsasında ölçmək və optimallaşdırma təklifləri vermək.
- Rəhbərlik tərəfindən verilən digər marketinq layihələrinin və tapşırıqlarının icrasını təmin etmək.
Tələblər
- Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil.
- Marketinq sahəsində minimum 3-5 il iş təcrübəsi.
- Korporativ marketinq, brend idarəçiliyi və tədbirlərin təşkili sahəsində praktiki təcrübə.
- Rəqəmsal marketinq və sosial media platformaları üzrə biliklər.
- Veb-sayt idarəçiliyi (WordPress və ya oxşar CMS-lərlə işləmək üstünlükdür).
- Reklam agentlikləri və digər podratçılarla iş təcrübəsi.
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı (Excel, PowerPoint, Word).
- Google Analytics, Meta Business Suite, Google Ads və digər marketinq alətləri ilə işləmək bacarığı üstünlükdür.
- Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilmək (rus və türk dili üstünlükdür).
- Güclü yazılı və şifahi ünsiyyət bacarığı.
- Layihələrin idarə edilməsi və vaxtın effektiv planlaşdırılması bacarığı.
- Analitik düşünmə, yaradıcılıq və təşəbbüskarlıq.
- Komandada işləmək və eyni vaxtda bir neçə layihəni idarə etmək bacarığı.