Oxşar aktiv elanlar
- Mühasib-xəzinədarGreen Tech · Bu gün
- Biznes risklərin idarə edilməsi üzrə aparıcı mütəxəssisMars Overseas Baku · Bu gün
- Uçot əməliyyatları üzrə mühasib (Mingəçevir)OBA Market MMC · Bu gün
- İnsan Resursları Əməliyyatları Şöbəsinin MüdiriZeytun Pharmaceuticals · Bu gün
- Hesab və Ödəniş Xidmətləri, Maliyyə Texnologiyaları sahəsinin Elektron Ticarət qrupunun Baş Məhsul Sahibi (Müvəqqəti)Pasha Bank · Bu gün
- HRM üzrə Biznes Analitik (Aparıcı mütəxəssis)PROSYS LLC · Bu gün
Vakansiya haqqında
Məhsulun idarə edilməsi (Product Owner)
HRMpro üzrə məhsul vizyonunu və yol xəritəsini (roadmap) hazırlamaq, rəhbərliklə razılaşdırmaq və mütəmadi yeniləmək;
Product Backlog-u idarə etmək: tələbləri dəyər, səy və risk baxımından prioritetləşdirmək, sprint planlamasında iştirak etmək;
Müştərilərdən, daxili komandalardan və tətbiq layihələrindən gələn tələbləri toplamaq, təhlil etmək və mövcud funksionallıqla tutuşdurmaq; təkrarlanan və artıq mövcud olan istəkləri ayırmaq, müxtəlif müştərilərin oxşar istəklərini vahid həllə yönəltmək;
Kadr uçotu, əmək müqavilələri və əmrlər, əmək haqqının hesablanması, məzuniyyətlər, iş vaxtının uçotu (tabel, növbə) və digər HRM prosesləri üzrə biznes proseslərini təhlil etmək, modelləşdirmək və optimallaşdırmaq;
Tələbləri User Story, qəbul meyarları (Acceptance Criteria) və funksional spesifikasiya şəklində sənədləşdirmək;
Əmək və vergi qanunvericiliyindəki, sosial sığorta və hesabat qaydalarındakı dəyişiklikləri izləmək, onların məhsula təsirini qiymətləndirmək və vaxtında tətbiqini təmin etmək;
Hazırlanmış funksionallığı qəbul meyarlarına görə yoxlamaq, qəbul etmək və ya geri qaytarmaq; buraxılış (release) qeydlərini və istifadəçi təlimatlarının yenilənməsini təşkil etmək.
Layihələrin idarə edilməsi (Project Manager)
HRMpro-nun müştərilərdə tətbiqi və inkişaf layihələri üçün layihə planını hazırlamaq: həcm, mərhələlər, müddətlər, resurslar və büdcə;
Müştəri ilə texniki tapşırığı, layihə həcmini və təhvil şərtlərini razılaşdırmaq; həcm dəyişikliklərini qiymətləndirmək və rəsmiləşdirmək;
Biznes analitiklər, proqramçılar və test komandası arasında işləri bölüşdürmək, gedişatı izləmək və gecikmələrin qarşısını vaxtında almaq;
Layihə risklərini və asılılıqlarını müəyyənləşdirmək, onlar üzrə tədbir planı hazırlamaq;
Məlumatların köçürülməsini (miqrasiya), sistemin quraşdırılmasını, istifadəçilərin təlimini və canlı istifadəyə keçidi təşkil etmək;
Rəhbərliyə və müştəriyə müntəzəm status hesabatı vermək, layihə görüşlərini aparmaq və protokollaşdırmaq;
Mərhələlərin təhvil-qəbul sənədlərini hazırlamaq, layihəni bağlamaq və nəticələri təhlil etmək.
Tələblər
- Product Owner, layihə rəhbəri, biznes analitik və ya oxşar vəzifədə ən azı 4 il iş təcrübəsi
- Bunun ən azı 2 ili proqram təminatı layihələrinin idarə edilməsi üzrə olmalıdır
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini və əmək münasibətlərini tənzimləyən normativ-hüquqi aktları dərindən bilmək
- Kadr uçotu, əmək müqavilələri, iş vaxtının uçotu və məzuniyyətlərin idarə edilməsi proseslərini dərindən anlamaq
- Biznes ehtiyaclarını toplamaq və funksional tələblərə çevirmək
- User Story və qəbul meyarları yazmaq təcrübəsi
- Agile/Scrum və ənənəvi (mərhələli) layihə idarəetmə yanaşmalarını bilmək və tətbiq etmək
- Layihənin planlaşdırılması, müddət, büdcə və risklərin idarə edilməsi təcrübəsi
- MS Project və ya oxşar planlama alətləri ilə işləmək
- Jira və ya oxşar tapşırıq idarəetmə alətləri ilə işləmək bacarığı
- Məlumatı yoxlamaq üçün SQL-də sadə sorğular yaza bilmək
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət, rus və ya ingilis dilini işgüzar səviyyədə bilmək
- Liderlik, qərar vermə və prioritetləşdirmə bacarığı, müştəri ilə danışıqlar aparmaq və komandanı ortaq nəticəyə yönəltmək
Üstünlük hesab olunur
- Dövlət və ya büdcə təşkilatlarında HRM və ya ERP sistemlərinin tətbiqinə rəhbərlik etmək
- Layihə idarəetməsi sertifikatı (PMP, PRINCE2, IPMA və s.) və ya Product Owner sertifikatı (PSPO, CSPO və s.)
- BPMN ilə proses modelləşdirmə, prototip və maket alətləri (Figma və s.) ilə işləmək təcrübəsi