Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri
- Ofis idarəçiliyi və inzibati fəaliyyət
Ofisin gündəlik fəaliyyətinin təşkili və nəzarətdə saxlanılması;
Ofisin daxili nizam-intizam və iş qaydalarına riayət olunmasının izlənilməsi;
Ofis ləvazimatları və digər inzibati ehtiyacların idarə olunması;
Müəllimlər, tələbələr və əməkdaşlar arasında gündəlik koordinasiyanın təmin edilməsi;
Davamiyyət və iş qrafiklərinin izlənilməsi;
Daxil olan zənglərin, elektron məktubların və müraciətlərin idarə olunması;
Sənədləşmə, məlumatların sistemləşdirilməsi və arxivləşdirilməsi.
- Rəhbərliyə administrativ dəstək
Rəhbərliyin gündəlik iş qrafikinin və görüşlərinin planlaşdırılması;
İclasların, görüşlərin və işgüzar tədbirlərin təşkili;
Rəhbərlik tərəfindən verilən tapşırıqların qeydiyyata alınması və icrasının izlənilməsi;
Müxtəlif şöbələr və əməkdaşlar arasında tapşırıqların koordinasiyası;
Hesabatların, təqdimatların və işgüzar yazışmaların hazırlanmasına dəstək;
Rəhbərliyin gündəlik iş proseslərinin daha səmərəli təşkilinə kömək etmək;
Məxfi məlumatların qorunmasını təmin etmək.
- Hesabatlılıq və proseslərin izlənilməsi
Gündəlik və həftəlik inzibati hesabatların hazırlanması;
Açıq qalan tapşırıqların və görüləcək işlərin izlənilməsi;
Mövcud inzibati proseslərdə problemlərin müəyyən edilməsi və təkmilləşdirmə təkliflərinin verilməsi;
Rəhbərliyə müvafiq məlumatların vaxtında təqdim edilməsi.
Tələblər
- Ali təhsil
- Office Manager, Personal Assistant vəzifələrində minimum 1–2 il iş təcrübəsi
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
- MS Office proqramları, xüsusilə Excel, Word və PowerPoint üzrə biliklər
- Güclü təşkilatçılıq və planlaşdırma bacarıqları
- Effektiv kommunikasiya və problem həll etmə bacarığı
- Eyni zamanda bir neçə tapşırığı idarə etmək və prioritetləşdirmək bacarığı
- Məsuliyyətli, təşəbbüskar, diqqətli və detallara həssas olmaq
- Məxfi məlumatlarla işləmək və peşəkar etik qaydalara riayət etmək
Üstünlük hesab olunur
- İngilis dili biliyi arzuolunandır
Oxşar elanlar
- QeydiyyatçıTABIA Group · Bu gün
- Ərəb dili üzrə tərcüməçiSaits Group MMC · Bu gün
- QeydiyyatçıLandau Education Group · 4 noyabr 2026
- Ümumi şöbənin mütəxəssisiBaku Steel Company · 4 noyabr 2026
- ReceptionKaryeraKadr · 4 noyabr 2026
- Baş Direktorun ReferentiCONNEX · 4 noyabr 2026