Məzmuna keçin
Titan Group yerləşdirilib

SMM Menecer / Foto-Video Kontent Mütəxəssisi Assistent

Maaş
450 AZN
Şəhər
Bakı

Vakansiya haqqında

Titan Group komandası sosial media idarəçiliyi və foto-video kontent hazırlanması sahəsində çalışmaq istəyən, kreativ, təşəbbüskar və öyrənməyə həvəsli namizədləri işə dəvət edir. Namizəd şirkətin sosial media hesablarının idarə olunması, foto-video çəkilişlərin təşkili və kontentlərin hazırlanması prosesində SMM menecerinə dəstək göstərəcək. İş prosesi zamanı sosial media platformaları üçün kreativ və keyfiyyətli kontentlərin hazırlanmasında iştirak edəcək.

Əsas vəzifə və öhdəliklər:

Şirkətin sosial media hesabları üçün gündəlik kontentlərin hazırlanmasına dəstək göstərmək;

Peşəkar Canon kamera vasitəsilə məhsul və şirkət çəkilişlərində iştirak etmək;

Foto və video çəkilişlərinin təşkilində və həyata keçirilməsində iştirak etmək;

Instagram Reels, TikTok və digər sosial media platformaları üçün video kontentlər hazırlamaq;

Çəkilmiş foto və videoların ilkin montajını və redaktəsini həyata keçirmək;

Sosial media üçün kreativ kontent ideyaları təklif etmək;

Sosial media trendlərini izləmək və uyğun formatları tətbiq etmək;

Kontent planının hazırlanması və icrasında SMM menecerinə kömək etmək;

Sosial media paylaşımlarının hazırlanması və vaxtında yerləşdirilməsində iştirak etmək;

Kontentlərin vizual keyfiyyətinə və ümumi estetik görünüşünə diqqət yetirmək.

İş şərtləri:

Əmək haqqı: 450 AZN;

Peşəkar Canon kamera ilə işləmək və real çəkiliş təcrübəsi əldə etmək imkanı;

SMM və foto-video kontent sahəsində praktiki bilik və bacarıqların inkişaf etdirilməsi;

Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;

Nahar: Şirkət tərəfindən təmin olunur;

Servis: Yeni Suraxanı dairəsi və Binə qəsəbəsindən mövcuddur.

İş qrafiki və ünvan:

İş qrafiki: Həftəiçi 5 gün, 09:00–18:00;

İş ünvanı: Binə qəsəbəsi.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı elektron məktubun mövzu hissəsində aşağıdakı qeydiyyat formasından istifadə edilməsi xahiş olunur: “SMM Menecer / Foto-Video Kontent Mütəxəssisi Assistent”

Tələblər

  • SMM və foto-video kontent sahəsinə maraq
  • Foto və video çəkilişlərinə həvəs
  • Peşəkar kamera ilə işləmək bacarığı və ya bu sahədə inkişaf etmək istəyi
  • CapCut, Adobe Premiere Pro və ya digər video montaj proqramlarından istifadə bacarığı
  • Instagram və TikTok platformalarını yaxşı tanımaq
  • Kreativ düşüncə və estetik baxış
  • Məsuliyyətli, diqqətli və təşəbbüskar olmaq
  • Öyrənməyə və yeni biliklər əldə etməyə həvəsli olmaq
  • Komanda ilə işləmək bacarığı

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →