İşin təsviri
AQA Şirkətlər Qrupu Demirchi Tower üçün “Mexanik” vakansiyasını elan edir:
Vəzifə öhdəlikləri:
- Müəssisədə mövcud olan mexaniki avadanlıqların planlı profilaktik baxışlarının həyata keçirilməsi;
- Binada quraşdırılmış HVAC sistemlərinin (kanal tipli kondisionerlər, VRV/VRF sistemləri) gündəlik nəzarəti və texniki baxışının həyata keçirilməsi;
- Kondisioner və havalandırma sistemlərində yaranan nasazlıqların operativ şəkildə aradan qaldırılması;
- Su nasoslarının (içməli su təchizatı üçün) işlək vəziyyətdə saxlanılması və texniki xidmətinin təşkili;
- Avadanlıqlara planlı texniki baxış və profilaktik xidmət işlərini həyata keçirmək;
- Nasazlıqları operativ şəkildə aşkar etmək və aradan qaldırmaq;
- Nasoslar, havalandırma və digər mexaniki sistemlərin işləməsinə nəzarət etmək;
- Təmir işlərinin təhlükəsizlik qaydalarına uyğun aparılmasını təmin etmək;
- Avadanlıqların düzgün istismarına nəzarət etmək;
- Zərurət yarandıqda texniki təmir işlərində iştirak etmək;
- Texniki problemlərin analizi və aradan qaldırılması;
- Texniki sənədlərin hazırlanması və hesabatların təqdim edilməsi;
- Təmir və texniki xidmət işləri üzrə smetaların hazırlanması;
- Ehtiyat hissələrinin seçilməsi və sifarişinə dəstək;
- Görülən işlər barədə rəhbərliyə məlumat vermək.
Tələblər
- Ali Təhsil (mexanika, energetika və ya uyğun sahə üzrə);
- HVAC sistemləri üzrə minimum 2-3 il iş təcrübəsi;
- Mexaniki avadanlıqların işləmə prinsipləri haqqında bilik;
- Texniki problemləri operativ şəkildə həll etmək bacarığı;
- Məsuliyyətli, dəqiq və komanda ilə işləmə bacarığı;
- Yaş həddi: 23–35.
Üstünlüklər:
- Biznes mərkəzi və ya iri obyektlərdə iş təcrübəsi;
- Kanal tipli və VRV/VRF kondisioner sistemləri üzrə praktiki biliklər;
- Su nasosları və hidrofor sistemləri ilə işləmə bacarığı;
- Smeta hazırlama bacarığı;
- Avadanlıqların quraşdırılması və işə salınmasında təcrübə;
- Texniki sənədlərlə və hesabatlarla işləmə bacarığı;
- Elektrik və santexnika üzrə əlavə biliklər.
Əlavə məlumat:
- İş qrafiki: Həftə içi 5 gün, 6-cı gün qısa iş günü;
- Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən olunacaq.