Məzmuna keçin
Holcim yerləşdirilib

POS Satış Məsləhətçisi

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Vəzifə öhdəlikləri

Mağazaya daxil olan müştəriləri qarşılamaq, ehtiyaclarını müəyyənləşdirmək və tikinti-təmir materiallarının seçimi ilə bağlı peşəkar məsləhətlər vermək;

Məhsulların keyfiyyəti, tərkibi, tətbiq qaydaları, sərfiyyat norması və istehsalçı ölkəsi barədə müştərilərə dəqiq məlumat təqdim etmək;

Müəyyən edilmiş fərdi aylıq satış planını yerinə yetirmək, ziyarətçilərin alıcıya çevrilmə göstəricisini (Conversion Rate) artırmaq və müştərilər üçün tikinti smetalarını hesablamaq;

Əsas məhsullarla yanaşı tamamlayıcı məhsulları (qum, plastikləşdirici, alətlər və bərkitmə vasitələri və s.) təklif etməklə orta çek məbləğinin və bir alış üzrə məhsul çeşidinin artırılmasına nail olmaq;

Məhsulları vitrin və rəflərdə səliqəli, estetik görünüşə, daxili standartlara və planoqramaya uyğun yerləşdirmək;

Qiymət etiketlərinin düzgün, aydın görünən və aktual olmasına nəzarət etmək;

Yeni daxil olan tikinti materiallarının qəbulunda, sayımında və rəflərə yerləşdirilməsində iştirak etmək, zərurət olduqda mağaza əməkdaşlarına dəstək göstərmək;

Məhsulların son istifadə tarixlərinə nəzarət etmək və FEFO prinsipinə uyğun olaraq (istifadə müddəti daha tez bitən məhsulun əvvəl satılması) satışını təmin etmək;

Ehtiyatı azalan və ya tükənən məhsullar barədə mağaza rəhbərliyinə və ya təchizat şöbəsinə vaxtında məlumat vermək;

Satış zalının, rəflərin və məhsulların təmizliyini, səliqəsini və nizamını daim qorumaq.

Tələb olunan tələblər və bacarıqlar

Orta-ixtisas və ya ali təhsil;

Tikinti materialları və ya pərakəndə satış sahəsində minimum 1 il iş təcrübəsi;

Kompüterdən istifadə üzrə baza bilikləri;

MS Word və Excel proqramlarında işləmək bacarığı;

1C satış proqramı ilə işləmək bacarığı;

Güclü ünsiyyət və müştərilərlə işləmək bacarığı;

Nəzakətlilik, müşahidəçilik və diqqətlilik;

Məsuliyyətlilik və komandada işləmək bacarığı.

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →