Məzmuna keçin
Mars Overseas Baku yerləşdirilib

Supervayzer (Şəki filialı)

Şəhər
Şəki
İş növü
Tam iş günü

Vakansiya haqqında

Şirkətin müəyyən edilmiş bölgə üzrə satış planlarının və strateji məqsədlərinin icrasını təmin etmək

Bölgə üzrə satış və paylama fəaliyyətini planlaşdırmaq, idarə etmək və nəzarətdə saxlamaq

Satış menecerləri, nümayəndələr və bölgə komandasının fəaliyyətinə rəhbərlik etmək

Aylıq, rüblük və illik satış nəticələrini təhlil edərək rəhbərliyə hesabatlar təqdim etmək

Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə əlaqələrin inkişafını təmin etmək

Bölgə üzrə bazar tendensiyalarını, rəqiblərin fəaliyyətini və müştəri ehtiyaclarını analiz etmək

Satış kanallarının effektivliyini qiymətləndirmək və təkmilləşdirmə üzrə təkliflər vermək

Marketinq şöbəsi ilə birgə regional kampaniya və təqdimatların həyata keçirilməsində iştirak etmək

Komandanın motivasiyasını, təlimini və peşəkar inkişafını təmin etmək

Müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbirlər görmək

Şirkətin qiymət, satış və xidmət siyasətinə riayət olunmasını təmin etmək

Bölgə üzrə xərclərin optimallaşdırılmasına və resurslardan səmərəli istifadəyə nəzarət etmək

Birbaşa rəhbərin verdiyi tapşırıqları vaxtında və düzgün şəkildə icra etmək

Tələblər

  • Təhsil: Ali təhsil
  • İş təcrübəsi: Sahə üzrə rəhbər vəzifəsində minimum 2 il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı
  • Kompüter bilikləri: MS Excel, Word, PowerPoint və Outlook proqramları ilə işləmə bacarığı
  • Satış və bazar analizi aparmaq bacarığı
  • Satışın planlaşdırılması və proqnozlaşdırılması üzrə bilik və təcrübə
  • Analitik düşünmə və nəticəyönümlü işləmə bacarığı

Üstünlük hesab olunur

  • Rus dili arzu olunandır
  • Sertifikatlar: Komanda idarəetməsi üzrə təlim və ya sertifikatların olması üstünlükdür

Oxşar elanlar

Bütün Şəki vakansiyaları →