Vakansiya haqqında
TAİS-İKF MMC komandamıza məsuliyyətli və təcrübəli “Su təchizatı və su təmizləmə sistemləri üzrə mütəxəssis” axtarırıq.
Vəzifə öhdəlikləri:
Müştəri obyektlərinə baxış keçirmək və mövcud su təchizatı sistemini qiymətləndirmək
Suyun istifadə məqsədini, sərfiyyatını, təzyiqini və obyektin texniki şərtlərini müəyyən etmək
Su analizinin nəticələrinə və obyektin ehtiyaclarına əsasən uyğun BWT həllərinin seçilməsində iştirak etmək
Filtrasiya, su yumşaltma və digər su təmizləmə sistemləri üzrə texniki hesablamalar aparmaq
Avadanlığın məhsuldarlığını, gücünü və tələb olunan konfiqurasiyanı müəyyən etmək
Su təchizatı və avadanlığın qoşulması üzrə texniki sxem və spesifikasiyalar hazırlamaq
Kommersiya təkliflərinin texniki hissəsinin hazırlanmasında satış komandasına dəstək göstərmək
Layihə, satış, təchizat və servis komandaları ilə koordinasiyalı işləmək
Quraşdırma işlərinin hazırlanmış texniki həllə uyğun həyata keçirilməsinə nəzarət etmək
İş şəraiti:
İş qrafiki: 5 günlük iş rejimi
Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
İş yeri: TAİS-İKF MMC
Ünvan: Bakı şəhəri
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “ Su təchizatı və su təmizləmə sistemləri üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- Su təchizatı, mühəndis kommunikasiya sistemləri və ya müvafiq mühəndislik istiqaməti üzrə ali təhsil
- Su təchizatı sistemlərinin layihələndirilməsi və texniki hesablanması üzrə biliklər
- Su sərfiyyatı, təzyiq, boru xətləri, filtrasiya və su təmizləmə prinsipləri haqqında biliklər
- Texniki sxem, layihə və avadanlıq spesifikasiyaları ilə işləmək bacarığı
- AutoCAD proqramında işləmək bacarığı
- MS Excel və texniki hesablama proqramlarında işləmə bacarığı
- Analitik düşüncə, texniki məsələlərin təhlili və həlli, həmçinin əlaqəli şöbələrlə koordinasiyalı işləmək bacarığı
Üstünlük hesab olunur
- İngilis və ya rus dili biliyi üstünlük hesab olunur
Oxşar elanlar
- Anbar fəhləsiBERC Group · 2 gün əvvəl
- Anbar OperatoruMətanət A Şirkətlər Qrupu · 2 gün əvvəl
- Regional Hava Limanları üzrə Dispetçerlərin Tədris ProqramıAzərbaycan Hava Yolları (AZAL) · 2 gün əvvəl
- Satınalma üzrə mütəxəssis (Daxili bazar)Embawood · 2 gün əvvəl
- Satınalma və Logistika meneceriTAİS İKF · 3 gün əvvəl
- İstehsalat üzrə Satınalma MütəxəssisiMətanət A Şirkətlər Qrupu · 3 gün əvvəl